“Financial Times” – Donald Trampın məsləhətçilərindən biri ehtimal ki, Kanadanın kəşfiyyat alyansından çıxarılmasını təklif edib

22:55, 25.02.2025

 
ABŞ-nin Prezidenti Donald Trampın məsləhətçilərindən biri ehtimal ki, Kanadanın kəşfiyyat alyansından çıxarılmasını təklif edib. Bu haqda məlumatı “Financial Times” yayır.

Nəşrin məlumatına əsasən, ən yaxın məsləhətçilərindən biri Piter Navaro Donald Trampa Kanadanın “Beş göz” adlandırılan kəşfiyyat məlumatının mübadiləsi alyansından çıxarılmasını məsləhət görüb. “Beş göz” alyansına ABŞ və Kanadadan əlavə Britaniya, Avstraliya və Yeni Zelandiya da daxildir.

Qəzetin mənbələri həmçinin Navaronun Trampla yaxın münasibətinə görə Oval Ofisə çıxışının olduğuna və Kanadanın çıxarılmasını ölkəyə təzyiqin artırılması adlandırdığına eyham vururlar.

Yayılmış məlumata əsasən, Trampın bu ideyanı dəstəkləyib-dəstəkləmədiyi bilinmir, lakin bu, onun administrasiyasındakı rəsmilər arasında müzakirə olunur.

Piter Navaro Trampın birinci administrasiyasında Ağ Evin ticarət müşaviri vəzifəsində işləyirdi və indi ticarət və istehsal üzrə baş məsləhətçi vəzifəsinə təyin edilib.

Oxşar