“Financial Times” – Donald Tramp Ukraynanın Rusiyaya hava zərbələri endirmək üçün Starlink dəstəkli dronlardan istifadə etməsinə icazə verilməsi barədə müraciətini rədd edib

16:22, 21.08.2026

ABŞ Prezidenti Donald Tramp Kiyevin Rusiya ərazisinə hava zərbələri endirmək üçün Starlink dəstəyi ilə təchiz edilmiş dronlardan istifadə etməsinə icazə verilməsi barədə müraciətini rədd edib.
“Financial Times”ın mənbələrinin məlumatına görə, iyul ayında Ağ Evdə keçirilən görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampdan bu məsələni İlon Maskla müzakirə etməsini və Ukraynaya Rusiya ərazisindəki ballistik raket buraxılış obyektlərinə zərbələr endirmək üçün Starlink-dən istifadəyə icazə verilməsini istəyib.
Nəşrin mənbələrinə görə, Zelenski Maskdan Ukraynanın Rusiya ərazisinin 200 kilometr dərinliyində fəaliyyət göstərən dronlarda Starlink-dən istifadə etməsinə icazə verməsini xahiş edib. Bu, ballistik raketlərin buraxılış infrastrukturu, idarəetmə sistemləri və digər hərbi obyektləri əhatə edəcəkdi.
Kiyev hesab edirdi ki, zərbələrin məsafəsinə məhdudiyyət qoyulması Maskı bu tələbi qəbul etməyə inandıra bilər.
Lakin Tramp yekun cavab verməyib və Ağ Evdə keçirilən görüşdə iştirak edən şəxslərin sözlərinə görə, bu plana dəstək göstərməyib. Nəşrin mənbələri hesab edirlər ki, Mask da Kiyevə belə icazə verməyəcək.

Oxşar