“Financial Times” – Co Bayden Ukraynanın NATO-ya üzvlük ərizəsinin statusunu ola bilsin vəzifəsindən getməzdən əvvəl dəyişsin

16:19, 01.10.2024

 
ABŞ Prezidenti Co Bayden Ukraynanın NATO-ya üzvlük ərizəsinin statusunu ola bilsin dəyişsin.

Bu haqda “Financial Times” anonim mənbəyə istinadən yazır.

Qeyd olunur ki, Bayden bu qərarı ehtimal ki, vəzifədən getməzdən əvvəl, yəni 2025-ci ilin yanvarınadək verəcək.

Britaniya nəşri yazır ki, ABŞ Prezidenti oktyabrın 12-də Almaniyada Ukrayna və onun müttəfiq ölkələrinin görüşünə rəhbərlik edəcək. Məlumat Ukraynanın Prezidenti Volodimir Zelenski ilə Co Bayden arasında ABŞ-da keçirilən danışıqlardan sonra məlum olub.

“Baydenin ABŞ prezidenti vəzifəsindən getməzdən əvvəl Ukraynanın NATO-ya üzvlük ərizəsinin statusunu irəli çəkməyə razı ola biləcəyinə dair ilkin əlamətlər var” – nəşrdə deyilir.

Məqalədə başqa təfərrüatlar verilmir.

Məqaləyə əsasən, prezident Co Bayden ictimai şəkildə Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir, lakin indiyədək Ukraynanı alyansa üzv olmağa dəvət etmək kimi ölkənin üzvlüyünü sürətləndirmək üçün aktiv addımlara qarşı çıxırdı.

Məqalədə qeyd olunur ki, NATO-ya üzvlük Ukraynanın əsas məqsədi olaraq qalır, lakin alyansın 32 üzvündən çox az hissəsi hesab edir ki, bu, tam, davamlı atəşkəs və xəritədə alyansın kollektiv müdafiə bəndinin Ukrayna ərazisinin hansı hissəsinə aid olacağını müəyyən edəcək dəqiq xətt olmadan mümkün ola bilər.

“Financial Times”ın məlumatına əsasən, Qərbdə bəziləri Ukraynanın NATO-ya inteqrasiyası üçün Berlin divarının uçmasına qədər otuz ildən çox davam edən Qərbi Almaniyanın alyansa üzvlük modelindən istifadə edilməsi təşəbbüsü ilə çıxış edir.

“Qərbi Almaniya modeli, xüsusən də Ukraynanın NATO-ya üzvlüyünə ən çox şübhə ilə yanaşılan Ağ Evdə aktuallıq qazanır” – Avropa Şurasının Vaşinqton ofisinin rəhbəri Ceremi Şapiro “Financial Times” qəzetinə müsahibəsində bildirir.

Oxşar