“Financial Times” – Böyük Yeddiliyin liderləri Rusiyanın enerji ixracına qarşı əlavə sanksiyaların tətbiq edilməsi barədə razılığa gəliblər
G7 summit or meeting concept. Row from flags of members of G7 group of seven and list of countries, 3d illustration
Böyük Yeddiliyin liderləri Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək barədə razılığa gəliblər – bu haqda “Financial Times” yazır.
Böyük Yeddiliyin liderləri Fransada keçirilən sammitdə Rusiyaya təzyiqi artırmaq və Moskvaya hərbi əməliyyatları maliyyələşdirmək üçün əsas mənbələri məhdudlaşdırmaq məqsədilə neft və qaz ixracına qarşı əlavə sanksiyalar tətbiq etmək barədə razılığa gəliblər.
Nəşrin məlumatına əsasən, Böyük Yeddiliyə üzv ölkələr müvafiq razılığı Ukrayna Prezidentinin də iştirak etdiyi danışıqlar raundundan sonra əldə ediblər.
“Liderlər Rusiyaya təzyiqin, o cümlədən neft-qaz sektoruna qarşı sanksiyaların sərtləşdirilməsi yolu ilə artırılması barədə razılığa gəliblər” — mənbə nəşrə söhbət zamanı deyib.
Nəşrin mənbəsi bildirib ki, konsensusun əldə olunmasına ABŞ və İran arasında sülh sazişi perspektivinin dünya bazarlarında neft və qaz qiymətlərinin ucuzlaşmasına səbəb olması faktı da kömək edib. Bu fonda, Rusiyanın enerji daşıyıcılarının ixracına qarşı yeni məhdudiyyətlərin tətbiqi Böyük Yeddilik ölkələri üçün daha məqbul xarakter alıb.
“Financial Times”ın yazdığı kimi, yeni sanksiyaların Rusiyanın enerji gəlirlərini daha da azaltmaq və Kremlə iqtisadi təzyiqi gücləndirmək məqsədinə xidmət edəcəyi gözlənilir.