"Financial Times" - Avropa Komissiyası Avropa İttifaqına namizəd ölkələr tərəfindən üzvlüyə gedən yolda irəliləyişi sabah qiymətləndirəcək, lakin konkret tövsiyələr verməyəcək
"Financial Times" - Avropa Komissiyası Avropa İttifaqına namizəd ölkələr tərəfindən üzvlüyə gedən yolda irəliləyişi sabah qiymətləndirəcək, lakin konkret tövsiyələr verməyəcək

 

“Financial Times”ın məlumatına əsasən, Avropa Komissiyası Avropa İttifaqına namizəd ölkələr tərəfindən üzvlüyə gedən yolda əldə olunmuş irəliləyişi sabah qiymətləndirəcək.

Mühüm qərarlar gözlənilmir. Nüfuzlu Britaniya nəşrinin yazdığı kimi, komissiyanın hesabatında Ukrayna və Moldovanın müəyyən irəliləyişləri qeyd olunacaq, lakin Brüssel Avropa İttifaqına üzvlük prosesinin irəli çəkilməsinə dair tövsiyəni rəsmi şəkildə verməyəcək.

“Financial Times”ın məlumatına əsasən, həmçinin, Avropa Komissiyası Gürcüstanda mövcud vəziyyətlə bağlı hələlik konkret tövsiyələr verməyəcək.

“Dünən mətbuat katibi Tbilisi hakimiyyətini seçkilərdə qeydə alınmış pozuntuları sürətlə, şəffaf və müstəqil şəkildə araşdırmağa çağırdı, lakin qeyd etdi ki, bu vəziyyəti həll etməyin yolları Avropa İttifaqına üzv dövlətlərin qərar verəcəyi məsələdir” – “Financial Times” yazır.