Financial Times - Avropa İttifaqına 2025-ci ilə qədər daha 6 ölkə üzv olacaq
Avropa İttifaqına 2025-ci ilə qədər daha 6 ölkə üzv olacaq, – bu barədə məlumatı Financial Times yayır.
Nəşrin məlumatına görə, Brüssel təklifi Balkansahili ölkələrini planlaşdırır. Bunlar Albaniya, Serbiya, Monteneqro, Kosovo, Makedoniya, Bosniya və Herseqovinadır.
Financial Times qeyd edir ki, genişlənmənin məqsədi Rusiya təziqi ilə mübarizə və imiqrasiya axınının idarəsidir.
Avropada qorxurlar ki, Moskva bölgədə öz təsirini gücləndirməyə çalışır.
Yayılan məlumata görə, Avropa Kommisiyası genişlənmə planı haqqında sənədi barədə fevralın 13-də bəyan edəcək. Bu mərhələdə üzvlük barədə danışıqlar yuxarıda deyilən ölkələrdən yalnız ikisi – Serbiya və Monteneqro ilə aparılır.
Avropa İttifaqı son 2013-cü ildə genişləndi. Bloka yeni üzv kimi Xorvatiya əlavə olundu.