“Financial Times” – Avropa İttifaqı vəd edilən islahatlar həyata keçirilənədək Ukraynaya əlavə maliyyə vəsaiti ayırmayacaq
Avropa İttifaqı vəd edilən islahatları həyata keçirənədək Ukraynaya əlavə maliyyə vəsaiti ayırmayacaq – bu barədə “Financial Times” yazır.
Nəşrin məlumatına əsasən, Avropa İttifaqı tələb edir ki, Kiyev əlavə maliyyə almaq üçün əvvəlcə vəd etdiyi islahatları həyata keçirsin.
Onların məlumatında, 2026-cı ilin yayında Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin əlavə müdafiə ehtiyaclarını 27 milyard dollar dəyərində qiymətləndirdiyi deyilir. Ukrayna hökuməti Avropa Komissiyasından ikiillik, 90 milyard avroluq “Ukraynaya Dəstək Krediti” proqramından vəsaitlərin vaxtından əvvəl ayrılması ilə bu boşluğu doldurmağa kömək etməsini xahiş edib.
“Financial Times”ın məlumatına əsasən, Brüssel 2027-ci il üçün nəzərdə tutulmuş vəsaitlərin vaxtından əvvəl ayrılması tələbini rədd edib. Bunun əvəzinə Avropa İttifaqı Ukrayna hökumətinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini təkidlə tələb edir. Tələblər arasında kiçik beynəlxalq bağlamalar üçün istisnaların ləğvi və rəqəmsal platformalar üçün yeni vergi qaydalarının tətbiqi yer alır.
Avropa komissarları – Valdis Dombrovskis və Marta Kos Ukrayna Ali Radasının spikeri Ruslan Stepançuka göndərdikləri məktubda zəruri islahatları nəzərə almaqla, 2026-cı ildə əlavə yardımın əlçatan olduğunu vurğulayıblar.