“Financial Times” – ABŞ ilə Ukrayna arasında faydalı qazıntılar üzrə razılaşma ilə bağlı son anda fikir ayrılığı yaranıb

22:51, 30.04.2025

 

ABŞ ilə Ukrayna arasında faydalı qazıntılar üzrə razılaşma ilə bağlı son anda fikir ayrılığı yaranıb – bu barədə məlumatı “Financial Times” yayır.

Nəşrin yazdığı kimi, Ukraynanın vitse-baş naziri Yuliya Sviridenko ABŞ-a uçarkən ABŞ-nin Xəzinədarlıq Departamentinin rəhbəri Skott Besentin nümayəndələri ona deyiblər ki, “bütün razılaşmaları imzalamağa və ya evə qayıtmağa hazır olmalıdır”.

İki anonim ukraynalı rəsmi şəxsin nəşrə dediyi kimi, Vaşinqton çərçivə sazişin, eləcə də faydalı qazıntıların hasilatından əldə olunan gəlirləri idarə edəcək investisiya fondu haqqında razılaşmanın eyni vaxtda imzalanmasını istəyir.

Ukrayna tərəfi isə nəşrə izah edib ki, ABŞ-nin məlumatı dəqiq deyil və Kiyev hər iki sənədi çərşənbə günü imzalaya bilməz, çünki investisiya fondu haqqında razılaşma imzalanmazdan əvvəl Ukrayna Ali Radası tərəfindən ratifikasiya edilməlidir.

Ukraynanın vitse-baş naziri Denis Şmiqal Kiyevin çərçivə sazişindən başlayaraq ABŞ-la iqtisadi tərəfdaşlıq qurmaq üçün lazım olan bütün razılaşmaları imzalamağa hazır olduğunu deyib.

Həmçinin, Denis Şmiqal faydalı qazıntılar üzrə razılaşmanın yaxın günlərdə imzalana biləcəyi və Ukraynanın birinci vitse-baş naziri Yuliya Sviridenkonun bununla əlaqədar Vaşinqtona artıq səfər etdiyi barədə mediada yayılan məlumatları təsdiqləyib.

Oxşar