Filippinin sabiq prezidenti Rodriqo Duterte bəşəriyyətə qarşı cinayətlər ittihamı ilə Haaqa məhkəməsi qarşısına çıxacaq
Filippinin sabiq prezidenti Rodriqo Duterte bəşəriyyətə qarşı cinayətlər ittihamı ilə Haaqa məhkəməsi qarşısına çıxacaq.
81 yaşlı Duterte 2011-2019-cu illərdə narkotik cinayətinə qarşı elan edilən mübarizə zamanı minlərlə insanı mühakimə etmədən öldürməkdə günahlandırılır.
İlkin məhkəmə iclasında Duterteyə qarşı irəli sürülən ittiham Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri tərəfindən yekdilliklə təsdiqləndi. Rodriqo Duterte artıq bir ildir həbsdədir.
Filippinin sabiq lideri irəli sürülmüş ittihamları rədd edir və polisin narkotik alverçilərinə qarşı mübarizə zamanı silahdan yalnız müdafiə məqsədilə istifadə etdiyini bildirir. Bununla yanaşı, Duterte Haaqa məhkəməsində davam edən prosesi tanımır və Filippinin 2019-cu ildə Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsindən çıxdığını iddia edir.
Hakimlər bildiriblər ki, Dutertenin işinə baxıla bilər, çünki 2011-2019-cu illərdə iddia edilən cinayətlər törədildikdə Filippin hələ də Haaqa məhkəməsinin üzvü olub. Məlum olduğu kimi, Filippin Prezidentinin narkotik cinayətinə qarşı mübarizəsində zərər çəkən 500 şahid məhkəmə qarşısına çıxacaq.
Dutertenin vəkilləri sabiq Filippin liderinin idrak pozğunluğu səbəbindən məhkəmə qarşısına çıxa bilməyəcəyini iddia edirlər. Lakin hakimlər tibbi rəy əsasında bu arqumenti rədd ediblər.
Hazırkı Filippin Prezidenti Haaqa məhkəməsinin qərarını təqdir edib. Eyni zamanda, Dutertenin tərəfdarları Filippinin paytaxtı Manilaya toplaşıblar və etiraz aksiyası keçiriblər.