Filippinin paytaxtında Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubio arasında görüş keçirilib
Filippinin paytaxtı Manilada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubio arasında keçirilən görüş başa çatıb. Bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiya mediasının məlumatına görə, tərəflər arasında keçirilən görüş yarım saatdan çox davam edib.
Əvvəlcədən bildirildiyi kimi, danışıqlarda əsas diqqətin Ukraynadakı münaqişənin nizamlanması məsələsinə yönəldilməsi planlaşdırılırdı. Sergey Lavrovun ötən gün verdiyi açıqlamaya əsasən, Rusiya hesab edir ki, Vaşinqton Alyaskada irəli sürülən təkliflərdən hələ də imtina etməyib.
Bununla yanaşı, TASS diplomatik mənbəyə istinadən yazır ki, Rusiya xarici işlər naziri ilə ABŞ dövlət katibi arasında görüşün təşəbbüskarı Amerika tərəfi olub.