Filippində tayfun nəticəsində iki nəfər həlak olub, milyondan artıq insan isə təxliyə edilib
Filippində tayfun nəticəsində iki nəfər həlak olub, milyondan artıq insan isə təxliyə edilib

 

Güclü “Phung Wong” tayfunu səbəbilə Filippində ən azı iki nəfər həlak olub. “Reuters” milyondan çox insanın təxliyə edildiyinə dair məlumat yayır.

Yerli hakimiyyət daha iki nəfərin yaralandığı haqda məlumat verir. Bununla yanaşı, torpaq sürüşməsi və yolların zərər görməsi səbəbindən ən azı üç şəhərlə əlaqə məhdudlaşıb.

Evlər zərər görüb. Tayfun səbəbindən 400-dən çox reys ləğv edilib.

Məlumat üçün bildirək ki, “Phung Wong” bu il Filippini vuran 21-ci tayfundur. Filippin, mərkəzi əyalətlərdə daşqınlar və torpaq sürüşmələri nəticəsində ən azı 224 insanın həyatını itirməsinə səbəb olan daha bir güclü tayfun “Kalmaegi”nin vurduğu zərəri hesablayır.