Filippində "Kalmaegi" tayfunu ən azı 66 nəfərin həyatını itirməsi ilə nəticələnib
Filippində "Kalmaegi" tayfunu ən azı 66 nəfərin həyatını itirməsi ilə nəticələnib

 

Filippində “Kalmaegi” tayfunu ən azı 66 nəfərin həyatını itirməsi ilə nəticələnib, on nəfər isə yaralanıb. “Reuters”in məlumatında fəlakətin ən çox yüzlərlə evin dağıntıya çevrildiyi Sebu əyalətinə zərər vurduğu deyilir.

Ölkənin fəlakətlərin idarəolunması agentliyinin məlumatına əsasən, 26 nəfər bu vaxta qədər itkin düşmüş hesab olunur.

Həlak olanlar arasında Mindano adasında humanitar missiyada iştirak edən altı hərbi qulluqçu var, onların helikopteri bu vaxt qəzaya uğrayıb.

Medianın məlumatında fəlakətə görə Visaias bölgəsindən 200 000-dən çox insanın təxliyə edildiyi deyilir.