Filarmoniyanın bərpasının layihələndirilməsi üzrə bazar araşdırması elan edilib
Gürcüstanın İnfrastruktur Nazirliyinin Munisipal İnkişafı Fondu Tbilisi Dövlət Konsert Zalı – filarmoniyanın bərpası üçün ətraflı layihə-smeta sənədlərinin hazırlanması üzrə bazar araşdırması elan edib.
İnfrastruktur Nazirliyinin məlumatına əsasən, layihənin məqsədi mədəni irs daşınmaz abidə statusuna malik unikal binanın tam bərpası və onun müasir tələblərə və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.
“İşlər çərçivəsində filarmoniyanın orijinal memarlıq görkəmi qorunub saxlanacaq, müasir mühəndis və texnoloji sistemlər inteqrasiya olunacaq, bu da konsert zalının funksionallığını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
Bərpa başa çatdıqdan sonra Filarmoniya müasir, çoxfunksiyalı mədəniyyət məkanına çevriləcək, bu da Tbilisiyə yüksək səviyyəli konsertlər, mədəni-maarif tədbirləri, sərgilər və beynəlxalq festivallara ev sahibliyi etməyə imkan verəcək.
Layihənin hazırlanması prosesi doqquz aya başa çatacaq, bundan sonra da birbaşa tikinti və bərpa mərhələsi başlayacaq.
Satınalmalar üzrə Dövlət Agentliyinin elektron sistemində: mdf.org.ge-də elan edilmiş bazar araşdırması haqqında ətraflı məlumat əlçatandır” – məlumatda qeyd olunub.