Filarmoniyadan Parlament istiqamətində “Gürcü Arzusu” gənclər təşkilatının yürüşü başlayıb
Filarmoniyadan Parlament istiqamətində “Gürcü arzusu” gənclər təşkilatının yürüşü başlayıb. Yürüş iştirakçıları əllərində “Ləyaqətlə Avropaya doğru” yazısı olan plakat götürüblər.
Tsotne İvanişvili gənclər təşkilatının nümayəndələri ilə birlikdə yürüşdə iştirak edir.
“Gürcü Arzusu”nun elan etdiyi toplantı saat 18:00-da Parlamentin qarşısında başlayıb.
Saat 20:00-dan etibarən “Gürcü arzusu”nun rəhbərləri və partiyanın gənclər təşkilatının nümayəndələri toplantı iştirakçıları qarşısında çıxış edəcəklər.