Fiqurlu konkisürmə üzrə dünya çempionatı | Anastasiia Metelkina – Luka Berulava cütlüyü qısa proqramı yüksək səviyyədə yerinə yetirib və ikinci yerdədir [video] #1TVSPORT

10:59, 26.03.2026

Praqada keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatının ilk günündə cütlüklər arasında yarış baş tutub. Olimpiya oyunlarının vitse-çempionları Anastasiia Metelkina və Luka Berulava qısa proqramı yüksək səviyyədə yerinə yetirərək 79,45 xal toplayıblar ki, bu da onların mövsümdə ən yaxşı göstəricisi olub.

Gürcü cütlüyündən sonra buz üzərinə Almaniya təmsilçiləri – Maximilian Volodin və Minerva Hase çıxıb. Onlar hakimlərdən 79,78 xal alaraq cüzi fərqlə rəqiblərini qabaqlayıb və qısa proqramı birinci yerdə başa vurublar.

Cütlüklər arasında dünya çempionunun kimliyi bu gün müəyyənləşəcək. Hazırda ikinci pillədə qərarlaşan Anastasiia Metelkina – Luka Berulava tandemi sərbəst proqramla martın 26-da çıxış edəcək. Yarış saat 21:15-də başlayacaq.

26 mart

14:30 | Kişilər, qısa proqram – Nika Egadze;

21:15 | İdman cütlükləri, sərbəst proqram – Anastasiia Metelkina, Luka Berulava.

Oxşar