Fiqurlu konkisürmə | Olimpiya Oyunlarında komanda yarışında ilk gündən sonra Gürcüstan yığması dördüncü yerdədir

18:53, 06.02.2026

Milan və Kortinada keçirilən Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə üzrə komanda yarışı davam edir.

Qısa proqramda Gürcüstanı Anastasiya Qubanova təmsil edib. Onun çıxışı 67,79 xal ilə qiymətləndirilib və yığmaya 6 komanda xalı qazandırıb.

Ritmik rəqslərdə Diana Devis və Qleb Smolkin cütlüyü Gürcüstan yığmasına 5 xal, Anastasiya Metelkina və Luka Berulava cütlüyü isə 9 xal əlavə edib. Üç disciplina üzrə yarışlardan sonra Gürcüstanın ümumilikdə 20 xalı var və komanda sıralamada dördüncü yerdə qərarlaşıb.

İlk günün yekunlarına əsasən, ilk beşlik belədir: ABŞ (25 xal), Yaponiya (23), İtaliya (22), Gürcüstan (20), Kanada (19).

Fevralın 7-də qısa proqramda Nika Eqadze çıxış edəcək. Onun nəticəsindən sonra Gürcüstan yığmasının ilk beşlikdə yer alaraq medal uğrunda mübarizəni davam etdirib-etdirməyəcəyi bəlli olacaq.

Oxşar