Fiqurlu konkisürmə | Nika Eqadze Avropa çempionudur #1TVSPORT
Fiqurlu konkisürmə | Nika Eqadze Avropa çempionudur #1TVSPORT

Gürcüstanlı konkisürən Nika Eqadze İngiltərənin Şeffild şəhərində keçirilən fiqurlu konkisürmə üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Yüksək səviyyədə yerinə yetirilən qısa proqramdan sonra Eqadze 91,28 xalla birinci yerdə idi. Sərbəst proqramda isə 181,72 xal toplayaraq ümumilikdə 273 xalla Avropa çempionu olub.

Xatırladaq ki, Şeffilddə keçirilən turnirdə qızıl medalı həmçinin Anastasiya Metelkina və Luka Berulava cütlüyü də qazanıb.

Daha sonra ritmik rəqslərdə Gürcüstan millisinin üzvləri Diana Devisi və Qleb Smolkin sərbəst proqramla çıxış edəcəklər.