Fiqurlu konkisürmə | Anastasiya Metelkina və Luka Berulava Qış Olimpiadasında qısa proqramdan sonra ikinci yerdədirlər [Video] #1TVSPORT
Fiqurlu konkisürmə | Anastasiya Metelkina və Luka Berulava Qış Olimpiadasında qısa proqramdan sonra ikinci yerdədirlər [Video] #1TVSPORT

Qış Olimpiadasında fiqurlu konkisürmədə medallar uğrunda mübarizəyə gürcü cütlüyü – Anastasiya Metelkina və Luka Berulava qoşulub. Onlar idman rəqslərində qısa proqramı yüksək səviyyədə təqdim edərək hakimlərdən 75.46 xal alıblar.

Berulava-Metelkina cütlüyü sərbəst proqramı sabah, 16 fevralda təqdim edəcək. Məhz burada Gürcüstan üçün Qış Olimpiadalarında ilk, tarixi medalın qazanılıb-qazanılmayacağı bəlli olacaq. Yarış Tbilisi vaxtı ilə saat 23:00-da başlayacaq. Birbaşa yayımı Gürcüstanın Birinci Kanalı təqdim edəcək.