Fiqurlu konkisürmə | Anastasia Metelkina və Luka Berulava “Trialeti kuboku”nu qazandılar #1TVSPORT

18:32, 03.10.2026

 

İdman cütlüklərində Gürcüstan təmsilçiləri Anastasia Metelkina və Luka Berulava Batumidə keçirilən “Trialeti kuboku”nu qazandılar.

Onlar qısa proqramdan sonra birinci yerdə idilər və çempionluğun əsas namizədləri hesab olunurdular. Onlara ən böyük rəqabəti hər iki proqramı 132.83 xalla başa vuran neytral ölkə təmsilçiləri Anastasia Mişina və Aleksandr Qalliamov göstəriblər. Yekunda isə ikinci yeri tutublar.

Berulava–Metelkina cütlüyü sərbəst proqramı da yüksək səviyyədə təqdim edərək, yekunda 135.82 xal toplayıb və qızıl medallara sahib olub.

Xatırladaq ki, “Trialeti kuboku”nda çempionluğu həmçinin Qleb Smolkin və Diana Devis (rəqs edən cütlüklər), eləcə də Nika Eqadze (tək, oğlanlar) qazanıblar.

Oxşar