FİFA dünya çempionatı zamanı komandaların soyunub-geyinmə otaqlarından canlı yayımlar planlaşdırır
Beynəlxalq Futbol Federasiyası (FİFA) 2022-ci il dünya çempionatı zamanı milli komandaların soyunub-geyinmə otaqlarında kameralar quraşdırmağı nəzərdən keçirir, – “RMC Sport” nəşri yazır.
Soyunma-geyinmə otağının görüntüləri canlı və ya bir qədər gecikmə ilə yayımlana bilər. Bu məsələ ilə bağlı qərarı noyabrda qəbul edəcəklər. Nəşr qeyd edir ki, FİFA bir neçə ildir ki, tamaşaçıları futbolçulara yaxınlaşdırmaq üçün matçlar zamanı videoçəkilişin yeni üsullarını axtarır.
Daha əvvəl məlum oldu ki, FİFA dünya çempionatı zamanı oyundankənar vəziyyəti müəyyən etmək üçün yar- avtomatik sistemdən istifadə etmək qərarını verdi.