Fevralın 8-nə qədər Qərbi Gürcüstanda isti, yağmursuz və küləkli hava gözlənilir, Şərqi Gürcüstanın bəzi rayonlarında az miqdarda yağıntı və duman ola bilər
Fevralın 8-nə qədər Qərbi Gürcüstanda isti, əsasən yağmursuz və küləkli hava gözlənilir, Şərqi Gürcüstanın bəzi rayonlarında isə az miqdarda yağıntı və duman qeydə alına bilər – bu haqda məlumatı Milli Ətraf Mühit Agentliyi yayır.
Sinoptiklərin məlumatına əsasən, Tbilisidə az miqdarda yağıntı və duman ola bilər, havanın temperaturu gecə -1, +1, gündüz +8, +10 dərəcə qeydə alınacaq.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): Hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə +7, +9, gündüz +17, +19 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): Hava şəraiti əsasən yağmursuz keçəcək. Güclü şərq küləyi əsəcək. Havanın temperaturu gecə +6, +8, gündüz +16, +18 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi): Hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə güclü şərq küləyi əsəcək. Havanın temperaturu gecə -2, +2, gündüz +13, +15 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro): Hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə -6, -8, gündüz +6, +8 dərəcə qeydə alınacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): Bəzi yerlərdə az miqdarda yağıntı və duman ola bilər. Havanın temperaturu gecə 0, -2, gündüz +10, +12 dərəcə qeydə alınacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): Bəzi yerlərdə az miqdarda yağıntı və duman ola bilər. Havanın temperaturu gecə -2, -4, gündüz +3, +8 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): Bəzi yerlərdə az miqdarda yağıntı və duman ola bilər. Havanın temperaturu gecə -6, -8, gündüz +7, +9 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): Bəzi yerlərdə az miqdarda yağıntı və duman ola bilər. Havanın temperaturu gecə -10, -12, gündüz -2, +3 dərəcə qeydə alınacaq.