Fevralın 26-dan martın 1-nə qədər Gürcüstanda yağış, külək, dənizdə fırtına, yüksək dağlıq rayonlarda isə qar gözlənilir
Fevralın 26-dan martın 1-nə qədər Gürcüstanda yağış, külək, dənizdə fırtına, yüksək dağlıq rayonlarda isə qar gözlənilir

 

Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə gözlənilən hava şəraiti ilə bağlı Gürcüstanın əhalisinə xəbərdarlıq edir.

Sinoptiklərin məlumatına əsasən, fevralın 26-dan martın 1-nə qədər Gürcüstanda yağış şəklində vaxtaşırı yağıntı, bəzi yerlərdə güclü olacağı gözlənilir, külək güclənə və dənizdə 4-5 bal gücündə fırtına ola bilər, ölkənin yüksək dağlıq rayonlarında – qar, bəzi yerlərdə güclü olacağı, duman, çovğun və qar uçqunu təhlükəsi gözlənilir.

“Şərqi Gürcüstanın aran rayonlarında fevralın 27-28-də əsasən qar şəklində yağıntı gözlənilir. Güclü qar, görünüş məsafəsinin pisləşməsi, çovğun, yolların buz bağlaması və qar uçqunu təhlükəsinə görə avtomobil yollarının müəyyən hissələrində ola bilsin, nəqliyyatın hərəkəti məhdudlaşdırılsın. Gözlənilən güclü yağıntı ola bilsin Gürcüstanın çaylarında suyun səviyyəsinin xeyli artmasına, kiçik çaylarda daşqınlara, təpəlik-dağlıq və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin başlanması və aktivləşməsinə səbəb olsun (orta təhlükə dərəcəsi)” – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.