Fevralın 18-də yəmənli şiə “Husi”lər tərəfindən raketlərlə bombardman edilən Britaniyaya məxsus “Rubimar” yük gəmisi Qırmızı dənizdə batıb
Fevralın 18-də yəmənli şiə “Husi”lər tərəfindən raketlərlə bombardman edilən Britaniyaya məxsus “Rubimar” yük gəmisi Qırmızı dənizdə batıb.
Raket bombardmanından sonra ekipaj gəmini tərk etmək məcburiyyətində qalıb.
“Rubimar”, İsrailin Qəzza zolağında “HƏMAS”a qarşı apardığı müharibə ilə əlaqəli olan “Husi”lərin kampaniyası çərçivəsində tamamilə məhv edilən ilk gəmidir.
“Husi”lər Bab-əl-Məndəb boğazında Britaniya gəmisinə hücum ediblər. Yük gəmisinin Birləşmiş Ərəb Əmirliklərinin Xor Fəkkan şəhərindən Bolqarıstanın Varna şəhərinə getdiyi bildirilir.