Fermerlərin etirazları səbəbindən Ukrayna və Polşa sərhədindəki altı keçid məntəqəsinin hamısı yük maşınları üçün bağlanıb
Ukrayna-Polşa sərhədindəki altı keçid məntəqəsinin hamısı yük maşınları üçün bağlanıb.Medianın məlumatına əsasən, bu barədə Ukraynanın Dövlət Sərhəd Xidməti məlumat yayır.
Kiyevdə deyildiyi üzrə, yük maşınlarının hərəkətini polşalı fermerlər əngəlləyiblər. Bu səbəbdən sərhəddə 2,4 min yük maşını dayanıb.
Nəqliyyat vasitələrinin ən böyük xətti “Krakovet” və “Yaqodin” keçid məntəqələrinin yanında yerləşir.
Bununla yanaşı, Ukraynanın sərhəd xidməti aksiyada iştirak edən fermerlərin avtomobil və avtobusların sərhədi keçməsinə qadağa qoymadığını bildirir.
Məlumat üçün bildirək ki, Polşada fermerlərin aksiyaları artıq bir neçə gündür ki, davam edir. Nümayişçilər magistral yolları və sərhəd keçid məntəqələrini bağlayırlar. Aktivistlər Ukraynadan kənd təsərrüfatı məhsullarının qeyri-məhdud ixracına etiraz edir, həmçinin Aİ-nin ətraf mühitlə bağlı qaydalarının yüngülləşdirilməsini tələb edirlər.