Fermerlər yanvarın 3-də Varşavada genişmiqyaslı etiraz aksiyası keçirməyi planlaşdırırlar
Yanvarın 3-də Varşavada fermerlərin etiraz aksiyası elan olunub. Polşalı fermerlərin etirazı Avropa Komissiyasının kənd təsərrüfatı, iqlim və ticarət siyasətinə yönəlib, onların fikrincə bu, Polşada ailə təsərrüfatlarının, meşə təsərrüfatının, ovçuluğun və sənayenin fəaliyyətinə təhlükə yaradır.
Etiraz aksiyası Avropa Komissiyasının yüksək rütbəli nümayəndələrinin, xüsusən prezident Ursula fon der Laienin Polşaya səfəri ilə əlaqədar planlaşdırılır.
Təşkilatçılar əhalini etiraz aksiyasında kütləvi şəkildə iştirak etməyə çağırırlar, onlar təkcə fermerlərə deyil, iqtisadiyyatın digər sahələrinin nümayəndələrinə də müraciət edirlər. Sabah Varşavaya on minə qədər fermerin gələcəyini ehtimal edirlər.