Fəridun Sinirlioğlu – Gürcüstanda sabitlik həm xalq üçün, həm də bütövlükdə regionun maraqları, təhlükəsizliyi və sabitliyinin təmin edilməsi baxımından həyati əhəmiyyət kəsb edir
Gürcüstanda sabitlik həm gürcü xalqı, həm də bütövlükdə regionun maraqları, təhlükəsizliyi və sabitliyinin təmin olunması baxımından həyati əhəmiyyət daşıyır – bunu Gürcüstana səfəri zamanı ATƏT-in Baş katibi Fəridun Sinirlioğlu Gürcüstanın Xarici İşlər Nazirliyində keçirilən görüşdən sonra bildirib.
Onun sözlərinə görə, ATƏT Gürcüstanla artıq on illərdir ki, əməkdaşlıq edir.
“Çox sağ olun, əziz Maka, hörmətli xanım nazir. Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Bu gün Tbilisidə olduğum üçün çox sevincliyəm. Bu, ATƏT-in Baş katibi kimi Gürcüstana ilk rəsmi səfərimdir. Mən, təbii ki, təşkilatımıza üzv olan bütün ölkələrin maraqlarına sədaqətlə xidmət edirəm. Qeyd etmək istəyirəm ki, ATƏT Gürcüstana və bu regionun bütün ölkələrinə böyük maraq göstərir və dəstəyini əsirgəmir. İnsidentlərin qarşısının alınması mexanizmi artıq faktiki olaraq 60 ildir fəaliyyət göstərir. ATƏT dialoqun aparılmasının nə qədər vacib olduğunu, xüsusilə də münaqişə vəziyyətində olan region və ölkələr arasında sübut etmiş bir təşkilatdır. Bizim bu cür hallarda istifadə etdiyimiz çoxşaxəli vasitəçilik imkanlarımız var və biz daimi olaraq münaqişələrin tənzimlənməsi prosesində iştirak etməyə çalışırıq. Gürcüstanda sabitlik həm gürcü xalqı, həm də bütövlükdə regionun maraqları, təhlükəsizliyi və sabitliyinin təmin olunması baxımından həyati əhəmiyyət daşıyır. Bu mənada, biz Gürcüstanla artıq onilliklərdir ki, birgə çalışırıq. Bir daha vurğulamaq istəyirəm ki, Gürcüstana sübut etmək istəyirik: biz bu ölkədə təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində hər cür vasitə ilə, bütün imkanlarımızla iştirak etməyə sadiqik,” – deyə Fəridun Sinirlioğlu bildirib.
Material sinxron tərcüməyə əsasən hazırlanıb.