Fələstinin səhiyyə naziri-Qəzzada Əl Şifa xəstəxanasına hücum bəşəriyyətə, tibb işçilərinə və pasiyentlərə qarşı yeni cinayətdir
Fələstinin səhiyyə naziri-Qəzzada Əl Şifa xəstəxanasına hücum bəşəriyyətə, tibb işçilərinə və pasiyentlərə qarşı yeni cinayətdir

 
Qəzzada Əl Şifa xəstəxanasına hücum bəşəriyyətə, tibb işçilərinə və pasiyentlərə qarşı yeni cinayətdir-bu barədə Fələstin muxtariyyətinin səhiyyə naziri Mai Əl Kaila açıqlayıb.

“Əl Şifada tibb işçilərinin, pasiyentlərin və məcburi köçkünlərin həyatına görə tam məsuliyyəti işğalçı qüvvələrin üzərinə yükləyirik”-deyə Fələstinin səhiyyə naziri bildirib.

İsrailin Müdafiə Qüvvələrindən bildirilib ki, İsrail ordusu Qəzza sektorunda terror qruplaşmasının komanda mərkəzini saxlamaqda ittiham olunduğu Əl Şifa xəstəxanasının bir hissəsində “HƏMAS”a qarşı döyüşür.