Fələstini dəstəkləyən nümayişçilər Strasburq Universitetini blokadaya alıblar

15:14, 07.10.2024

 

Fələstini dəstəkləyən nümayişçilər Strasburq Universitetini blokadaya alıblar. Fransa mediasının məlumatında, Strasburq Universitetinin Humanitar Elmlər Fakültəsinin binasının girişinə zibil qutuları və səddlər qoyulduğu deyilir.

Ali məktəbin divarında “Soyqırımın bir ili, müqavimətin bir ili” yazısı ortaya çıxıb, qapıda isə Fələstin bayrağı və “Müstəmləkəçilik cinayətdir, müqavimət haqqdır” baneri asılıb.

Aksiya iştirakçılarının bir hissəsi “HƏMAS” döyüşçülərinin keçən il İsrailə hücumunun qanuni olduğunu” iddia edirlər.

Fransa mediasının yaydığı məlumat üzrə, bu gün axşam saatlarında universitet binası yaxınlığında mitinq planlaşdırılıb və iştirakçılar Strasburq Universitetini İsrail universitetləri ilə tərəfdaşlığa son qoymağa çağıracaqlar.

Xatırladaq ki, bu gün “HƏMAS” tərəfindən İsrailə hücumundan bir il ötür.

Oxşar