Federika Mogerini - Avropa İttifaqı, Gürcüstan ərazisindəki münaqişənin sülh yolu tənzimlənməsini bugün hər zamankindən daha çox dəstəkləyir
Avropa İttifaqı Rusiya tərəfindən Gürcüstana qarşı həyahata keçirilən aqressiyanın 10 illiyi ilə bağlı deklarasiya yayır.
Təhlükəsizlik və Xarici Siyasət məsələləri üzrə Avropa İttifaqının nümayəndəsi Federika Mogerininin adı ilə yayılan bəyanatda deyilir ki, Avropa İttifaqı, Gürcüstan ərazisindəki münaqişənin sülh yolu tənzimlənməsini bugün hər zamankindən daha çox dəstəkləyir.
Bununla yanaşı, Avropa İttifaqı Gürcüstan iqtidarının “Daha yaxşı gələcək üçün addım” təşəbbüsünü dəstəkləyir, hansı ki, ölkəyə işğal xəttinin hər iki tərəfində yaşayan insanlara maddi mənəvi yardım verməyi nəzərdə tutur.
Bəyanatda həmçinin deyilir ki, Rusiya aqresiyasından 10 il sonraki dövrdə, Gürcüstan demokratik institutlarını və qanun aliliyi prinsiplərin gücləndirilməsinə doğru yönəldilən islahatlar həyata keçirdi, iqtisadi inkişafa nail oldu və investorlar və turizm üçün cəlb edici bir ölkə oldu.
“Gürcüstan regiondaki digər ölkələr üçün demokratiya modeli və misal götürüləcək bir nümunədir” – deyilir bəyanatda.