Faydalı qazıntılar haqqında razılaşmaya əsasən, Ukrayna hökuməti qanunvericiliklə razılaşma arasında uyğunsuzluq halında, bu sənədin üstün qüvvəyə malik olacağını təmin edir
Ukrayna ilə ABŞ arasında faydalı qazıntılar haqqında imzalanmış razılaşma ola bilsin Ukraynanın milli qanunvericiliyindən üstün olsun.
Sənədə əsasən, razılaşma ilə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə bəraət qazandırmaq üçün Ukrayna daxili qanunvericiliyi arqument kimi təqdim edə bilməyəcək.
“Ukrayna hökuməti Ukrayna qanunvericiliyi ilə bu razılaşma arasında istənilən uyğunsuzluq halında, razılaşmanın üstün qüvvəyə malik olacağını təmin edir. Bundan başqa, Ukrayna hökuməti razılaşır ki, bu razılaşma ilə üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinə bəraət qazandırmaq üçün öz daxili qanunvericiliyinin müddəalarına istinad edə bilməz” – sənəddə deyilir.
Məlumat üçün bildirək ki, Ukrayna və ABŞ aprelin 30-da faydalı qazıntılar haqqında razılaşmanı imzalayıblar. Razılaşmanın mətni artıq Ukrayna hökumətinin rəsmi internet səhifəsində dərc olunub.