Faşizm üzərində Qələbə Günü ilə əlaqədar olaraq, Tbilisi Meriyası İkinci Dünya Müharibəsinin veteranlarına maddi yardım göstərib
Faşizm üzərində Qələbə Günü ilə əlaqədar olaraq, Tbilisi Meriyası İkinci Dünya Müharibəsinin veteranlarına maddi yardım göstərib

 

Gürcüstan hökumətinin sərəncamı ilə, faşizm üzərində Qələbə Günü ilə əlaqədar olaraq, İkinci Dünya Müharibəsinin veteranlarına 2000 lari, bu müharibədə həlak olanların ailə üzvlərinə isə 1000 lari köçürülüb.

Tbilisi Meriyasının məlumatına əsasən, Səhiyyə və Sosial Xidmətin Şəhər Xidməti “Müharibə veteranlarına yardım” proqramı çərçivəsində müvafiq məbləği Tbilisidə qeydiyyatda olan 52 nəfərə köçürüb. Xüsusilə, 2000 larini İkinci Dünya Müharibəsi iştirakçısı olan 26 veteran, 1000 larini isə bu müharibədə həlak olanların ailəsinin 26 üzvü (dul, iş qabiliyyəti olmayan ailə üzvü) alıb.

Tbilisi Meriyası Veteranların İşləri üzrə Dövlət Xidmətinin təqdim etdiyi məlumat bazasını rəhbər tutub və vəsaiti benefisiarların şəxsi bank hesablarına köçürüb.

9 May ilə əlaqədar olaraq, 2024-cü ildə vəsait 70 nəfərə köçürülüb, onlardan 37 nəfəri İkinci Dünya Müharibəsinin veteranı idi.