Fars körfəzi ölkələrində gecə endirilən zərbələr nəticəsində bir neçə nəfər xəsarət alıb
Fars körfəzi ölkələrində gecə endirilən zərbələr nəticəsində bir neçə nəfər xəsarət alıb

 

Fars körfəzi ölkələrində gecə endirilən zərbələr nəticəsində bir neçə nəfər xəsarət alıb.

Bu haqda məlumatı “BBC” yayır.

Medianın məlumatına əsasən, Dubayda dronun qalıqları şəhərin cənub hissəsində yerləşən yaşayış evlərinin üzərinə düşüb, nəticədə də müxtəlif ölkələrin dörd vətəndaşı yaralanıb.

Bununla yanaşı, yayılmış məlumata əsasən, Səudiyyə Ərəbistanında, xüsusən də Əl-Xərc şəhərində dronun parçalarının düşməsi nəticəsində iki nəfər yaralanıb, bir neçə avtomobil və üç evə ziyan dəyib.