„Facebook “ administrasiyası   „Vahid Milli Hərəkat “ partiyası ilə əlaqədar      şəxsiyyətlərlə bağlı  səhifə və qrupları silib
„Facebook “ administrasiyası „Vahid Milli Hərəkat “ partiyası ilə əlaqədar şəxsiyyətlərlə bağlı səhifə və qrupları silib

„Facebook “ administrasiyası   „Vahid Milli Hərəkat “ partiyası ilə əlaqədar      şəxsiyyətlərlə bağlı  səhifə və qrupları silib. Bu barədə sosial şəbəkə idarəçiliyinin aprel fəaliyyəti ilə bağlı hesabatında deyilir. „Facebook“-un hesabatında da qeyd olunduğu üzrə, ümumi cəmdə „Vahid Milli Hərəkat“-la  əlaqədar   şəxsiyyətlərlə bağlı   23 hesab, 80 səhifə və 41 qrup silinib. Sosial  şəbəkə idarəçiliyi Gürcüstanla bağlı həmçinin yazır ki,  şirkət  „Espersona “ media şirkəti ilə əlaqədar  511 səhifəni, 101 feysbuk hesabı, 122 qrupu  və 56 „instagram“  hesabını silib.  „Facebook “ yazır ki,  bu təşkilat sosial şəbəkə platformalarında  qadağan olunub.

„Facebook “-un  araşdırmalarının əsasını Gürcüstanda baş verən faktları yoxlayan    təşkilatların hesabatları təşkil edib.

 

Müəllif: Sevinc Mustafayeva