Faiq Nəbiyev - Gürcü dövləti regionda sülhün tərəfdarı kimi çıxış edir, bu siyasəti bütün qəlbimizlə dəstəkləyirik, sabitlik olmayan yerdə nə duanın, nə də inkişafın mənası var
Gürcü dövləti bu gün regionda sülhün tərəfdarı kimi çıxış edir – bu haqda Gürcüstan müsəlmanlarının şeyxi Faiq Nəbiyev baş nazirin adından müsəlman icması üçün verilən iftarda deyib.
O, müsəlman icmasının dini şəxslərinin bu siyasəti dəstəklədiklərini bildirib.
“Gürcü dövləti bu gün regionda sülhün tərəfdarı kimi çıxış edir. Biz, dini şəxslər bu siyasəti bütün qəlbimizlə dəstəkləyirik, çünki sabitlik olmayan yerdə nə duanın, nə də inkişafın mənası var” – Gürcüstan müsəlmanlarının şeyxi bildirib.