Fabrizio Romano - "Liverpul" və "Valensiya" Mamardaşvilinin transferi ilə bağlı razılığa gəliblər - İspaniya klubu 35 milyon avro alacaq #1TVSPORT
Fabrizio Romano - "Liverpul" və "Valensiya" Mamardaşvilinin transferi ilə bağlı razılığa gəliblər - İspaniya klubu 35 milyon avro alacaq #1TVSPORT

“Valensiya” və “Liverpul” arasında Giorgi Mamardaşvilinin transferi ilə bağlı razılıq əldə olunub – tanınmış jurnalist Fabrizio Romano xəbər verir.

“Giorgi Mamardaşvilinin transferi ilə bağlı “Valensiya” və “Liverpul” arasında razılıq əldə olunub. Ödəniş şərtləri ilə bağlı yalnız bir neçə təfərrüat tərəflərin dəqiqləşdirməsi üçün qalıb. “Valensiya” bu transfer müqabilində 35 milyon avro alacaq, bundan başqa, İspaniya klubu futbolçunun gələcək transferinin 10 faizini alacaq.

Razılaşmaya əsasən, Mamardaşvili cari mövsümü icarə əsasında “Valensiya”da keçirəcək və 2025-ci ildən “Liverpul”a keçəcək.