Əziz abituriyentlər, bu gün sizin həyatınızda ən məsuliyyətli mərhələlərdən biri başlayır. Unutmayın ki, bilik və nailiyyətlərinizlə hər zaman Gürcüstanın xidmətində olmalısınız
Mixeil Qavelashvili sosial şəbəkədə abituriyentlərə müraciət edib.
“Əziz abituriyentlər, bu gün sizin həyatınızda ən vacib və məsuliyyətli mərhələlərdən biri başlayır. Bu günə qədər böyük zəhmət, çalışqanlıq və məqsədyönlülüklə gəlib çatmısınız və indi bilik və bacarıqlarınızı layiqincə nümayiş etdirmək imkanınız var.
Özünüzə inanın, sakitliyinizi və özünəinamınızı qoruyun. Məhz bu, gördüyünüz zəhməti layiqli nəticəyə çevirməyə kömək edəcək.
Ölkəmizin gələcəyi savadlı, düşünən və məsuliyyətli gənclərə məxsusdur. Əminəm ki, hər biriniz ölkənin inkişafı və uğurunda layiqli iştirakçı olacaqsınız.
Sizə uğurlar və qarşınıza qoyduğunuz məqsədlərə çatmağı arzulayıram. Unutmayın, bilik, peşəkarlıq və nailiyyətlərinizlə hər zaman Gürcüstanın xidmətində olmalısınız. Bu, hər bir gürcünün missiyasıdır”, – deyə o qeyd edib.