"Evropeyskaya Pravda" - Gürcüstanın NATO üzvlüyünün fəaliyyət planının alması mümkündür, aliyansın qəragahında texniki səviyyədə razılıq əldə olunub
"Evropeyskaya Pravda" - Gürcüstanın NATO üzvlüyünün fəaliyyət planının alması mümkündür, aliyansın qəragahında texniki səviyyədə razılıq əldə olunub

Ukrayna mediasının məlumatına görə, Gürcüstanın NATO üzvlüyünün fəaliyyət planının alması mümkündür.

“Evropeyskaya Pravda” Ukrayna nəşrinin yazdığına görə, “NATO-nun qəragahında Gürcüstana aliyansın üzvlüyü üçün fəaliyyət planının verilməsinin texniki səviyyədə razılığı əldə olunub.

“Bundan başqa, bir çoxu onu da etiraf edir ki, fəaliyyət planının böyük hissəsini Gürcüstan artıq yerinə yetirib və ölkə yaxın gələcəkdə aliyansın 31-ci üzvü olmalıdır”, – məqalədə yazılıb.

Bununla yanaşı, nəşr xüsusilə qeyd edir ki, bu mərhələdə Gürcüstana NATO üzvlüyünün fəalliyət planının verilməsi yalnız siyasi qərardan asılıdır.

“Halbuki, 1-2 dekabrda planlaşdırılmış NATO xarici işlər nazirləri sammitində bu qərarı güman edildiyinə görə, qəbul edə bilməyəcəklər.

Çünki aliyansda bu məsələ üzrə ABŞ-ın yeni seçilmiş prezidenti, Co Baydenin fikrini dinləməyi məsləhət bilirlər”, – nəşrin məqaləsində deyilir.