Evlənmək məqsədilə azadlıqdan qanunsuz məhrumetmə ittihamı ilə Marneulidə iki nəfəri saxlayıblar
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları azadlıqdan qanunsuz məhrumetmə ittihamı ilə 2004-cü il təvəllüdlü N.A. və 2000-ci il təvəllüdlü S.B.-ni saxlayıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, istintaq Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə aparılır, bu isə 4 ilə qədər müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.
“İstintaqla müəyyən edilib ki, Marneuli Munisipalitetinin kəndlərindən birində N.A. evlənmək məqsədilə 2006-cı il təvəllüdlü U.K.-nı azadlıqdan qanunsuz olaraq məhrum edib. Hazırda təqsirləndirilən şəxs qismində saxlanılan S.B. də qeyd olunan cinayət əməlində iştirak edirdi.
Hüquq-mühafizə orqanlarının əməkdaşları iş üzrə aparılan istintaq hərəkətləri nəticəsində hər iki təqsirləndirilən şəxsi cinayətin törədilməsindən qısa müddət sonra, “isti izlər”lə saxlayıblar” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.