Evika Siliņa – Gürcü xalqı ümidini itirməməlidir, cəmiyyət güclü olarsa, Avropa dəyərlərinə və demokratiyaya yönəli xətti qoruyub saxlayacaq, siz qalib gələcəksiniz
Evika Siliņa – Gürcü xalqı ümidini itirməməlidir, cəmiyyət güclü olarsa, Avropa dəyərlərinə və demokratiyaya yönəli xətti qoruyub saxlayacaq, siz qalib gələcəksiniz

Gürcüstanda cəmiyyət güclü olarsa, Avropa dəyərlərinə və demokratiyaya yönəli xətti qoruyub saxlayacaq, siz qalib gələcəksiniz, – bunu Latviya Baş naziri Evika Siliņa Aİ sammiti ərəfəsində bildirib.

Onun sözlərinə görə, gürcü xalqı ümidini itirməməlidir.

“Gürcü xalqı üçün iki yol var – siyasətçiləri də dəyişə bilərlər və hakimiyyət də onların əlində ola bilər. İstənilən ölkədə hakimiyyət xalqa məxsusdur, ən azı Avropada belədir və Gürcüstan Avropadır. Düşünürəm ki, gürcü xalqı ümidini itirməməlidir. Biz hamımız sovet dövrünü yaşamışıq və azadlığı qazanmışıq, çünki xalq qərar verib. Buna görə də heç bir siyasətçi xalqın və cəmiyyətin yerinə qərar verə bilməz. Odur ki, cəmiyyət güclü olarsa, Avropa dəyərlərinə və demokratiyaya yönəli xətti qoruyub saxlayacaq, siz qalib gələcəksiniz – buna inanıram”, – deyə Evika Siliņa bildirib.