Əvəzedici müalicə proqramı avqustun 15-dən qüvvəyə minir və tamamilə dövlətin idarəçiliyinə keçir
Əvəzedici müalicə proqramı avqustun 15-dən qüvvəyə minir və tamamilə dövlətin idarəçiliyinə keçir

 

 

Sabahdan, avqustun 15-dən dövlət əvəzedici terapiyanın həyata keçirilməsinə görə məsuliyyəti tam şəkildə öz üzərinə götürür – bu barədə Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze qurumda keçirilən brifinqdə deyib.

Sarcveladze bildirib ki, bu vaxtadək fəaliyyət göstərən özəl əvəzedici terapiya mərkəzləri fəaliyyətini dayandırır.

“İlk növbədə, ictimaiyyətə məlumat veririk ki, özəl əvəzedici terapiya təminatçılarının benefisiarlarının kifayət qədər böyük hissəsi dövlət xidmətinə müraciət edib və praktiki olaraq, onların hamısı sabahdan etibarən seçdikləri dövlət mərkəzlərində ödənişsiz xidmət ala biləcəklər. Belə şəxslərin sayı 1512 nəfərdir. Təxminən 100 nəfərə yaxın insana müxtəlif səbəblərdən xidmətin davam etdirilməsinə icazə verilməyib. Məsələn, müntəzəm deyil, təsadüfi narkotik istifadəçiləri olan insanlar var. Bu halda əvəzedici terapiyadan istifadə üçün əsas yoxdur. Onlar ayrıca, müstəqil şəkildə dövlət mərkəzlərinə müraciət edə, müvafiq yoxlamadan keçə biləcəklər və bunun əsasında fərdi qərar qəbul ediləcək.

Bəzi hallarda müvafiq özəl müəssisə tərəfindən məlumatı təsdiqini tapmayan şəxslər bizə müraciət ediblər. Təəssüf ki, eyni şəxsin ən azı iki özəl təminatçının benefisiarı kimi qeydiyyata alınması halları var. Yəni iki yerdə narkotik vasitə alırdı. Müraciət etməyən şəxslər arasında belə halların nə dərəcədə yayıldığını bu mərhələdə deyə bilmərik.

Başqa mühüm çatışmazlıqlar da var. Məsələn, pasiyent və mərkəz tərəfindən təqdim edilmiş arayışlarda dozalarla bağlı fərq, lakin bu mərhələdə bu məsələlər üzərində ətraflı dayanmayacağıq. Deyəcəyik ki, belə hallar 100 nəfəri keçmir.

Dövlət mərkəzlərində xidmət almaq imkanı təsdiqlənmiş hər bir benefisiardan xahiş etmək istərdim, mərkəzə gəlmə vaxtına diqqət yetirsinlər və müvafiq təlimatlara əməl etsinlər, o cümlədən şəxsiyyəti təsdiq edən sənədi özləri ilə gətirsinlər. Əgər kimsə obyektiv səbəblərə görə dövlətə vaxtında müraciət edə bilməyibsə, biz qərar verdik ki, növbəti bir həftə ərzində avqustun 22-si də daxil olmaqla müddətdə müraciət dövründə sadələşdirilmiş prosedurlardan keçmək nəticəsində, dövlət proqramına qəbul olunacaqlar. Bu məqsədlə müvafiq normativ akta dəyişiklik ediləcək və sabahdan etibarən onlar üçün belə bir şey mümkün olacaq.

Qeydiyyat başa çatdıqdan sonra özəl mərkəzlərdə işləyən kadrların işlə təmin olunması məsələsinin müzakirəsinə başlamaq üçün artıq kifayət qədər məlumatımız var. Belə həkimlərin sayı təxminən 60-dır ki, onlara tibb bacıları kontingenti əlavə olunacaq.

Qeyd olunan mərhələnin başa çatmasından sonra bu sahənin növbəti islahatları üzərində işi davam etdirəcəyik, bu da müalicənin effektivliyi üçün vacib olan tədbirlərin təkmilləşdirilməsindən tutmuş, infrastruktur məsələlərinin qaydaya salınmasınadək kifayət qədər geniş fəaliyyət spektri deməkdir.

Mən hər bir benefisiara narkotik asılılığı adlı ağır xəstəliyə qalib gəlmələri üçün uğur arzulamaq istəyirəm və dövlət bunun üçün səylərini həqiqətən əsirgəməyəcək” – Mixeil Sarcveladze bildirib.