"Eurowings" aviaşirkəti Tbilisi Beynəlxalq Hava Limanından Kölnə birbaşa uçuşlar həyata keçirəcək
İyulun 2-dən etibarən “Eurowings” aviaşirkəti Tbilisi Beynəlxalq Hava Limanından Kölnə birbaşa uçuşlar həyata keçirəcək. Bu barədə məlumatı Gürcüstan Hava Limanları Birliyi yayır.
Onların məlumatına əsasən, reyslər həftədə iki dəfə, çərşənbə axşamı və cümə axşamı həyata keçiriləcək.
“Alman aviaşirkəti “Eurowings” iyulun 2-dən etibarən Köln-Tbilisi-Köln istiqamətində birbaşa reyslərə başlayır.
Reyslər həftədə iki dəfə, çərşənbə axşamı və cümə axşamı “Airbus A320” təyyarəsi ilə həyata keçiriləcək.
Köln Tbilisi Beynəlxalq Hava Limanı üçün tamamilə yeni istiqamətdir və turizmin inkişafına, eləcə də Almaniya ilə işgüzar təmasların genişlənməsinə kömək edəcək” – Gürcüstan Hava Limanları Birliyinin yaydığı məlumatda deyilir.