"Eurovision 2025"də Gürcüstanın nümayəndəsi ikinci yarımfinalda çıxış edəcək
“Eurovision 2025″də Gürcüstanın nümayəndəsi ikinci yarımfinalda, mayın 15-də çıxış edəcək.
Gürcüstanla birlikdə ikinci yarımfinalda çıxış edəcəklər: Avstriya, Litva, Ermənistan, Monteneqro, Yunanıstan, İrlandiya, Avstraliya, Latviya, Çexiya, İsrail, Malta, Finlandiya, Danimarka, Lüksemburq və Serbiya.

Birinci yarımfinal şousuna gəlincə, aşağıdakılar çıxış edəcəklər: İsveç, Ukrayna, Sloveniya, İslandiya, Estoniya, Polşa, Portuqaliya, Niderland, Azərbaycan, Albaniya, San Marino, Belçika, Kipr, Xorvatiya və Norveç.

Hər yarımfinaldan yalnız 10 ölkə finala yüksəlir.
Birinci yarımfinalda ev sahibi İsveçrə, İtaliya və İspaniya, ikinci yarımfinalda isə Almaniya, Fransa və Böyük Britaniya çıxış edəcək.

Xatırladaq ki, Avroviziya Mahnı Müsabiqəsi mayın 13, 15 və 17-də İsveçrənin Bazel şəhərində “St. Jakobshalle”də keçiriləcək.