"Eurovision 2025"də finalçıların sırası məlumdur
"Eurovision 2025"də finalçıların sırası məlumdur

 

“Eurovision 2025″də iyirmi altı finalçının hamısının kimliyi artıq məlumdur. Onlardan 10 finalçı – birinci yarımfinaldan, digər on finalçı isə ikinci yarımfinaldan finala keçib. “Böyük Beşlik” ölkələri və ev sahibi ölkə avtomatik olaraq finala keçdilər.

Final mərhələsinin sırası belədir: Norveç, Lüksemburq, Estoniya, İsrail, Litva, İspaniya, Ukrayna, Böyük Britaniya, Avstriya, İslandiya, Latviya, Niderland, Finlandiya, İtaliya, Polşa, Almaniya, Yunanıstan, Ermənistan, İsveçrə, Malta, Portuqaliya, Danimarka, İsveç, Fransa, San Marino və Albaniya.

Avroviziyanın möhtəşəm finalı mayın 17-də İsveçrənin Bazel şəhərində, St. Jakobshalle-də keçiriləcək. Birinci Kanal birbaşa translyasiyasını sizə təqdim edəcək.