"Eurostat" - 2024-cü ildə Avropa İttifaqında tam ştatlı işçilərin orta əmək haqqı 5,2%-lə artıb və 39 800 avro təşkil edib
"Eurostat" - 2024-cü ildə Avropa İttifaqında tam ştatlı işçilərin orta əmək haqqı 5,2%-lə artıb və 39 800 avro təşkil edib

 

Avropa İttifaqının statistik məlumatlarına əsasən, 2024-cü ildə Avropa İttifaqı ölkələrində tam ştatlı işçilərin əmək haqqı 39 800 avro olub, bu isə 2023-cü illə müqayisədə 5,2%-lə çoxdur.

“Euronews”un yazdığı kimi, Avropa İttifaqında işçilərin əmək haqqının artmasına baxmayaraq, statistik məlumatlarla vəziyyətin müxtəlif ölkələrdə radikal şəkildə fərqli olduğu açıq şəkildə görünür.
2024-cü ildə ən yüksək illik orta əmək haqqı Lüksemburqda olub və 82 969 avro təşkil edib. İkinci yerdə Danimarkadır, burada illik orta əmək haqqı 71 565 avro olub. Üçüncü yerdə İrlandiya – 61 051 avro. Sonuncu yerdə Bolqarıstandır, illik orta əmək haqqı 15 387 avro, Yunanıstanda 17 954 avro və Macarıstanda – 18 461 avrodur.
Tam ştatlı işçilərin illik əmək haqqı indeksi milli hesablar və əmək qüvvəsi sorğusunun məlumatlarının birləşməsi əsasında tərtib edilir.
Hər bir ölkə Avropa Hesablama Sistemi çərçivəsində illik orta əmək haqqı məlumatlarını təqdim edir.