"Eurostar" şirkəti La-Manş tunelində elektrik enerjisi təchizatı ilə bağlı problemə görə Londondan Paris, Amsterdam və Brüssel istiqamətində bütün qatarları dayandırıb
“Eurostar” şirkəti La-Manş tunelində elektrik enerjisi təchizatı ilə bağlı problemə görə Londondan Paris, Amsterdam və Brüssel istiqamətində bütün qatarları dayandırıb. Bu haqda məlumatı “BBC” yayır.
Medianın məlumatına əsasən, La-Manş tunelində xarab olan “Le Shuttle” qatarı hazırda tuneldən çıxarılıb. Şirkət, elektrik enerjisinin kəsintisinə görə tuneldə heç bir sərnişinin qalmadığını bildirib.
“La-Manş tunelində elektrik enerjisi təchizatında problem var idi, bundan sonra da şatl qatarı tuneldə dayandı” – “Eurostar”ın nümayəndəsi bildirib.
Medianın yazdığı kimi, texniki müdaxilədən sonra çərşənbə axşamı günorta saatlarında qatarların hərəkəti tədricən bərpa olunacaq.
Böyük Britaniya ilə qitə Avropa arasında dəmir yolu əlaqəsinin əsas şirkətlərindən biri olan “Eurostar” sərnişinləri qatarın statusu barədə yenilənmiş məlumatı yoxlamağa çağırır.
Medianın məlumatına əsasən, “Eurostar”ın qatarları Milad mövsümündə gündə on minlərlə sərnişin daşıyır.
Elektrik enerjisinin kəsintisinə görə La-Manş tunelindən keçməklə, İngiltərədən Fransaya avtomobillə getməyin mümkün olduğu Folkstoun və Kent yaxınlığında tıxaclar yaranıb.