“Euronews”un məlumatına əsasən, ilkin tədqiqat “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasının səbəbinin rus raketi olduğunu təsdiqləyir
İlkin tədqiqat “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasının səbəbinin rus raketi olduğunu təsdiqləyir. Bu haqda məlumatı “Euronews”a eksklüziv olaraq Azərbaycan hökumətindəki mənbə təsdiqləyib.
Mənbənin məlumatına əsasən, raketi Qroznı üzərində dronların aktivlik etdiyi zaman buraxıblar. O, təyyarənin yaxınlığında partlayıb və parçaları laynerə düşüb. Azərbaycan hökumətindəki mənbələr “Euronews”a bildiriblər ki, qəzalı eniş üçün pilotların icazə istəməsinə baxmayaraq, zədələnmiş təyyarənin Rusiyanın hava limanlarına eniş etməsinə icazə verilməyib. Ekipajı Xəzər dənizinin o biri tərəfinə Qazaxıstanın Aktau şəhərinə yönləndiriblər.
Mövcud məlumata əsasən, bütün uçuş boyunca təyyarənin “GPS” sistemləri tıxanıbmış.
Bundan əlavə, Azərbaycan mənbələrinin məlumatına əsasən, raketi “Pantsir” hava hücumundan müdafiə sistemindən buraxıblar.
Rusiya mənbələrinə görə, “Azərbaycan Hava Yolları”nın laynerinin Çeçenistan ərazisi üzərində uçuşu zamanı Rusiyanın hava hücumundan müdafiə qüvvələri Ukrayna dronlarını dəf etməyə çalışırlarmış.