"Euronews" - İranın Kəşfiyyat Nazirliyində Yaxın Şərqdə müharibəni bitirmək məqsədilə ABŞ-nin Mərkəzi Kəşfiyyat Agentliyi ilə danışıqlara başlamağa hazır olduqlarını bəyan edirlər
"Euronews" - İranın Kəşfiyyat Nazirliyində Yaxın Şərqdə müharibəni bitirmək məqsədilə ABŞ-nin Mərkəzi Kəşfiyyat Agentliyi ilə danışıqlara başlamağa hazır olduqlarını bəyan edirlər

 

İranın Kəşfiyyat Nazirliyinin əməkdaşları Yaxın Şərqdə müharibəni bitirmək məqsədilə ABŞ-nin Mərkəzi Kəşfiyyat Agentliyi ilə danışıqlara başlamağa hazır olduqlarını bəyan edirlər. Yaxın Şərq və Qərbin anonim rəsmi şəxslərinə istinadən məlum olur ki, təklif ölkələrdən birinin kəşfiyyat agentliyi vasitəsilə edilib.

Nə Ağ Ev, nə də Mərkəzi Kəşfiyyat Agentliyi bəyanat yayıb.

Bundan əvvəl İranın BMT-dəki səfiri ABŞ və İsrailin İrana birgə zərbələr endirməsindən sonra Vaşinqtonla danışıqları istisna etmişdi.

ABŞ Prezidenti Donald Tramp Tehranın danışmaq istədiyini, lakin artıq gec olduğunu bildirib.