“Euronews” – İranda 2026-cı ilin yanvarından bəri ən azı 900 nəfər edam edilib

19:47, 19.08.2026

 

İranda 2026-cı ilin yanvarından bəri ən azı 900 nəfər edam edilib. Bu barədə məlumatı “Euronews” Vaşinqtonda əsası qoyulan insan hüquqlarının müdafiəsi qrupu “Abdorrahman Boroumand Mərkəzi”nə istinadən yayır.

Onların məlumatına əsasən, 2026-cı ilin ilk yeddi ayı ərzində 901 edam halı qeydə alınıb, o cümlədən 56 nəfər siyasi və ya milli təhlükəsizlik ittihamı ilə, 98 nəfər isə etnik azlıqların üzvü olub.

“Abdorrahman Boroumand Mərkəzi”nin məlumatına əsasən, edam edilənlər arasında 29 nəfər ictimai etiraz zamanı saxlanılıb, 13 nəfər casusluqda ittiham edilib, narkotiklə bağlı cinayətlərə görə ən azı 268 nəfərə edam cəzası kəsilib.

Etnik kateqoriyalara gəlincə, 40 bəluc, 29 kürd, 21 əfqan, altı ərəb, bir türk və bir türkmən edam edilib.

Hesabatda həmçinin 16 qadının və ehtimal edilən cinayəti törədən zaman yaşı 18-dən az olan iki nəfərin edamı təsvir edilir. Bununla yanaşı, beş edam hökmü ictimaiyyət qarşısında icra olunub.

“Euronews” yazır ki, BMT İranda edam cəzasının tətbiqi ilə bağlı, xüsusilə də narkocinayətlər, milli təhlükəsizlik ittihamları və etnik azlıqlarla bağlı hallar üzrə dəfələrlə narahatlığını ifadə edib.

Oxşar