“Euronews” – Fransa Azərbaycanda saxlanılan Fransa vətəndaşlarının azad edilməsinə nail olmaq üçün rus biznesmen Alişer Usmanovun sanksiya siyahısından çıxarılmasına çalışır

14:55, 15.09.2026

 

Fransa Azərbaycanda saxlanılan Fransa vətəndaşlarının azad edilməsinə nail olmaq üçün rus biznesmen Alişer Usmanovun sanksiya siyahısından çıxarılmasına çalışır – bu barədə məlumatı rəsmi şəxslərə və diplomatlara istinadən “Euronews” yayır.

Fransanın mövqeyi Brüsseldə Rusiyaya qarşı Avropa İttifaqının sanksiyalarının yenilənməsi prosesini mürəkkəbləşdirib. Bu sanksiyalar Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsini dəstəkləməkdə təqsirləndirilən 3 000-ə yaxın fiziki və hüquqi şəxsə şamil edilir. Çıxılmaz vəziyyətə əvvəlcə Slovakiya səbəb olmuşdu, çünki ölkə artıq uzun müddətdir ki, başqa səbəbə görə Usmanovun sanksiya siyahısından çıxarılmasını tələb edir.

“Fransa mövqeyindən geri çəkilmir, lakin bu, yanlış vaxtda tamamilə yanlış siqnal göndərərdi. Bir həftəyə nəyin dəyişəcəyindən əmin deyiləm” – anonim rəsmi şəxslərdən biri bildirib.

Oxşar