“Euronews” – Azərbaycan təyyarəsinin qəzaya uğramasına ola bilsin Rusiyanın hava hücumundan müdafiə sistemi səbəb olub

11:04, 26.12.2024

 
Azərbaycan təyyarəsinin qəzaya uğramasına ola bilsin Rusiyanın hava hücumundan müdafiə sistemi səbəb olub. Bu barədə “Euronews” yazır. Anonim mənbələrin dedikləri kimi, reysin təyinat yeri olan Rusiyanın Qroznı şəhərinə yaxınlaşarkən sağ qalan sərnişinlər partlayış səsi eşidiblər, bu təyyarənin gövdəsinin zədələnməsi ilə nəticələnib.

Bununla yanaşı, rus hərbi bloger deyib ki, təyyarənin gövdəsindəki zədələr onun təsadüfən hava hücumundan müdafiə raket sistemi tərəfindən zədələnə biləcəyini göstərir.

Təyyarənin Rusiyanın hava hücumundan müdafiə sisteminə görə qəzaya uğraması haqda sosial şəbəkələrdə də aktiv şəkildə danışırlar. Hadisə yerindən yayılmış videolarda görünür ki, təyyarədə zenit-raket kompleksinin səbəb ola biləcəyi zədələr var.

“Euronews”un yazdığı kimi, o da maraqlıdır ki, dekabrın 25-də səhər saatlarında Rusiyanın hava hücumundan müdafiə sistemi Şimali Qafqazın bir neçə hissəsində Ukrayna dronlarının hücumunu dəf edirdi.

Azərbaycan Baş Prokurorluğunun bəyanatına əsasən, son məlumatlara görə, sərnişin laynerinin 67 sərnişinindən 32-si təyyarə qəzasında sağ qalıb. Yaralıların bir hissəsinin vəziyyəti ağırdır. Onlar reanimasiya şöbəsindədirlər.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər olub.

Təyyarə Bakıdan Qroznı şəhərinə uçurdu, lakin istiqamətini dəyişib. Aktau Hava Limanının 3 kilometrliyində qəzaya uğrayıb.

Qazaxıstanın Nəqliyyat Nazirliyinin məlumatına əsasən, göyərtədə 37 Azərbaycan, 16 Rusiya, eləcə də 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub.

Oxşar